Sabunçu rayonunda yanğın baş verib

Bakının Sabunçu rayonunda ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli evdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Milletinsesi.az-a bildiriblər ki, hadisə nəticəsində 3 otaqlı evin dam örtüyü yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Share: