Saç boyaları ziyanlıdır…

Alimlər təhlükə elan ediblər! Araşdırmalar nəticəsində məlum olmuşdur ki, müxtəlif ölkələrdə yaşayan qadınların  çox hissəsinin istifadə etdiyi saç boyalarının tərkibində elə maddələr vardır ki, onlar onkoloji xəstəliklərin inkişafı üçün provokator rolunu oynayır.

Bir çox boyaların tərkibində olan  ikinci dərəcəli aminlər kimi xüsusi kimyəvi maddələr, o səbəbdən təhlükəli sayılır ki, onlar, havada olan müxtəlif birləşmələrlə ( misal olaraq, tabak tüstüsü) reaksiyaya girdikdə, ən güclü kanserogen birləşmələr ifraz olunur.

Alimlərin sözlərinə görə ən təhlükəlisi odur ki, ikinci dərəcəli aminlər, baş dərisinə  uzun müddətli (aylar və hətta illərlə) çökə bilirlər. Bununla məlum olur ki, boyani nə zaman istifadə etməyinizdən və hansı boya istehsalçısını seçməyinizdən asılı olmayaraq özünüzü böyük təhlükəyə atmış olursunuz.

Nəzərinizə çatdıraq ki, alimlər bir müddət əvvəl də, saç boyalarının, leykemiye, baş beyin, döş, yumurtalıq və sidik kisəsi xərçəngi kimi müxtəlif  xərçəng  xəstəliklərinin inkişafının stimulyatoru olduğunu bildirmişlər.

2009 -cu ildə alimlər və həkimlər xəbərdarlıq etmişlər ki, saçların tez-tez boyanması ( ildə 9 dəfədən artıq) leykemiya təhlükəsinin 60 % artırır. 2010-cu ildə isə Avropada daimi istifadəsi zamanı sidik kisəsi xərçənginə gətirən bir çox boyaların satışı qadağan edilmişdir.

Statistikaya baxdıqda təhlükə qrupuna bir çox insanlar aiddir. Xanımların 1/3 hissəsi  bunu gənc yaşlarından, digərləri isə  gözəllik üçün olmasa da, yaşlandıqda bu boyalara üstünlük verməsi təəssüf ki, bu təhlükənin daim  artması deməkdir.

Share: