Bakıda orta məktəbin IX sinif şagirdinin xəsarət alması faktı ilə bağlı cinayət işi açılıb.
Millətin Səsi.az APA-ya istinadla xəbər verir ki, Yasamal rayon Polis İdarəsində faktla bağlı cinayət işi başlanıb.
İstintaq tədbirləri davam etdirilir.
TƏBİB-dən verilən məlumata görə, aprelin 20-də yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin nəznində olan Yanıq Mərkəzinə hospitalizasiya olunan 2011-ci il təvəllüdlü yeniyetmənin (kişi) müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qiymətləndirilir.
Qeyd edək ki, aprelin 20-də 286 nömrəli tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi sinif yoldaşına xəsarət yetirib. Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Məlumata görə, 2010-cu il təvəllüdlü yeniyetmə 2011-ci il təvəllüdlü şəxsin üzərinə spirt tökərək alışqanla yandırıb.
Yeniyetmə yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.


