Sahibkarlarla növbəti görüş Kürdəmirdə keçiriləcək

Sahibkarlarla növbəti görüş Kürdəmirdə keçiriləcək

SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

 

Moderator.az xəbər verir ki, SOCAR “Azəriqaz” İB-nin KOBİA nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Kürdəmir rayonunda görüşü təşkil olunacaq.

 

Aksiya Heydər Əliyev Parkında baş tutacaq. “Səyyar qəbul otağı” iyulun 19-da saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

 

Mənbə

Share: