“Saxta tarixçə uydurmaqdansa, günahkarların cəzalandırılması daha yaxşı olardı…”

 “Rusiya müdafiə nazirliyinin Makeyevkaya görə “qisas əməliyyatı” yalanına hətta Rusiyada da inanmayıblar” – ISW

 

“Fin reportyoru Kramatorskda atəş yerində olub və müəyyən edib ki, zərbə boş məktəbə tuş gəlib…”

 

“Rusiya MN-nin davranışı müharibəbin düzgün aparılmamasında qətiyyətli tənqidlərə imkan yaradıb…”

 

Rusiya hakimiyyəti və təbliğat KİV-ləri Rusiya Federasiyası Silahlı Qüvvələrinin uğurları barədə növbəti yalan informasiya yayıb, bununla da Rusiyanın informasiya məkanında narazılıq dalğası yaradıb.

 

Moderator.az xəbər verir ki, bu barədə Amerikanın Müharibənin öyrənilməsi İnstitutunun (ISW) növbəti  hesabatında deyilir.

 

Yanvarın 8-də Rusiya müdafiə nazirliyi bəyan edib ki, Rusiya qüvvələri Ukrayna Silahlı Qüvvələrinə (USQ) qarşı Yeni ildə Makeyevkada yataqxananın atəşə tutulması, nəticədə 400-dək səfərbər olunan rusiyalıların həlak olmasına cavab olaraq “qisas əməliyyatı” keçirib. 

 

Nazirlik bəyan edib ki, cavab zərbəsi Ukrayna qoşunlarının Donetsk vilayətinin Kramatorsk şəhərində müvəqqəti dislokasiya edilən bir neçə məntəqəsinə endirilib, nəticədə 600 ukraynalı hərbi qulluqçusu həlak olub”, – amerikalı ekspetlər xatırladıb və qeyd edib ki, bu bəyanat yalandır.

 

“Fin reportyoru yanvarın 8-də Kramatorskda atəş yerində olub və müəyyən edib ki, zərbə boş məktəbə tuş gəlib”, – ISW  qeyd edib.

 

“Bir sıra rusiyalı hərbi müxbirlər və müstəqil blogerlər Rusiya MN-nin yalanına neqativ münasibət bildirib. Onlar vurğulayıb ki, Rusiyanın hərbi idarəsi ilk dəfə deyil ki, saxta bəyanatlar verir. 

 

Qisas haqqında yalançı tarixçə uydurmaqdansa, hərbi rəhbərlik arasında yüzlərlə səfərbər olunanların həlak olmasına görə günahkarları cəzalandırmaq daha yaxşı olardı.

 

Onlar qeyd edib ki, Sergey Şoyquya tabe olan nazirlik  ilk dəfə deyil ki, USQ-nin uğurlarına bu cür üsulla münasibət sərgiləyir.

 

2022-ci ilin oktyabrında Ukraynanın kritik mühüm infrastrukturuna güclü zərbələr endiriləndə Rusiya MN artıq analoji bəyanat verib.

 

O zaman hərbi rəhbərlik USQ-nin Krım körpüsünə zərbələrinə görə “qisas” alındığı barədə iddia edib. 

 

Bu ona görə edilib ki, Rusiyanın Ukraynadan “qisas alınmasını” tələb edən hərbyönümlü birliyinin hiddətinin qarşısı alınsın”, – amerikalı ekspertlər xatırladıb və bu nəticəyə gəlib ki, Rusiya MN “neqativ əks əlaqə ilgəyini” yaradıb.

 

“Rusiyanın hərbi rəhbərliyi Ukrayna qüvvələrinin uğurlarına hücum əməliyyatları ilə cavab verməyə cəhd edir, bununla da narazı rusiyalı blogerlər və hərbi icmalçıların tənqidinə məruz qalır.

 

Onlar hər dəfə vurğulayır ki, MN düzgün münasibət sərgiləmir. Rusiya MN-nin Makeyevkaya endirilən zərbəyə cavab reaksiyası “qisas” modelinin davamı olaraq Rusiya hərbi rəhbərliyinin müharibənin düzgün aparılmamasında qətiyyətli tənqidlərə imkan yaradıb”, – ISW qeyd edib.

Mənbə

Share: