Seneqal millisi pley-offa yüksəldi – YENİLƏNİB

 

Ekvador və Seneqal yığmaları arasında A qrupunun III tur oyunu başa çatıb.

Milletinsesi.az xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən görüş Seneqal millisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu qələbədən sonra Seneqal komandası Qətərdə keçirilən dünya çempionatında 1/8 final mərhələsinə vəsiqə qazanıb.

Ekvador – Seneqal – 1:2 

Qol: İsmaila Sarr, 44-pen. (0:1), Moyses Kaysedo, 68 (1:1), Xalidu Kulibali, 70 (1:2)

Baş hakim: Kleman Türpen (Fransa)

“Xəlifə” stadionu

***

Dünya çempionatında Ekvador və Seneqal yığmaları arasında A qrupunun III tur oyununda üçüncü qol vurulub.

Milletinsesi.az xəbər verir ki, Afrika təmsilçisinin heyətində Kalidu Kulibali 70-ci dəqiqədə komandasını yenidən hesabda önə keçirib – 2:1.

***

20:34

Dünya çempionatında Ekvador və Seneqal yığmaları arasında A qrupunun III tur oyununda növbəti qol vurulub.

Milletinsesi.az xəbər verir ki, Cənubi Amerika təmsilçisinin heyətində Moises Kaysedo 67-ci dəqiqədə bərabərlik qolunu vurub – 1:1.

***

19:45

Dünya çempionatında Ekvador və Seneqal yığmaları arasında A qrupunun III tur oyununda hesab açılıb.

Milletinsesi.az xəbər verir ki, İsmaila Sarr 44-cü dəqiqədə penaltidən fərqlənməklə Afrika təmsilçisini önə keçirib.

***

19:11

Qətərdə keçirilən dünya çempionatında Ekvador və Seneqal yığmaları arasında A qrupunun III tur oyunu başlayıb.

Milletinsesi.az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürüb.

***

17:11

Qətərdə keçirilən dünya çempionatının A qrupunun II turunda üz-üzə gələcək Ekvador və Seneqal yığmalarının start heyətləri açıqlanıb.

Milletinsesi.az-ın məlumatına görə, komandaların əsas heyətində aşağıdakı futbolçular meydançaya çıxacaqlar:

Ekvador: 1. Hernan Kalindez (q), 23. Moises Kaysedo, 11. Miçel Estrada, 7. Pervis Estupinan, 21. Alan Franko, 8. Karlos Qruezo, 3. Pedro Hinkeyp, 19. Qonzalo Plata, 17. Angeo Presiado, 2. Feliks Torres, 13. Ener Valensiya (k)

Seneqal: 16. Eduard Mendi, 11. Pate Siss, 9. Bulaye Dia, 22. Abdu Diallo, 5. İdrissa Queye, 26. Pape Queyye, 14. İsmail Yakobs, 3. Kalidu Kulibali (k), 13. İliman Ndiaye, 21. Yussuf Sabali, 18. İsmaila Sarr

Mənbə

Share: