Serbiya Rusiyaya qarşı heç vaxt sanksiyalar tətbiq etməyəcək – nazir

Serbiya Rusiyaya qarşı heç vaxt sanksiyalar tətbiq etməyəcək – nazir

Serbiya böyük təzyiqlərə baxmayaraq, Rusiyaya heç vaxt sanksiya tətbiq etməyəcək.

Millətin Səsi.az xəbər verir ki, bunu Serbiyanın beynəlxalq iqtisadi əməkdaşlıq üzrə naziri Nenad Popoviç 16-cı “İnnoprom” beynəlxalq sənaye sərgisi çərçivəsində keçirilən sessiyada çıxış edərkən bildirib .

“Biz Rusiyaya qarşı sanksiyalar tətbiq etməmişik və heç vaxt tətbiq etməyəcəyik. Biz böyük təzyiqlə, hətta real siyasi təhdidlərlə üzləşirik. Biz qətiyyətliyik və dostlarımızı bilirik”, – deyə o bildirib.

“AB Serbiyanın əsas iqtisadi tərəfdaşıdır, lakin vəziyyət dəyişir. Bütün enerji sektoru Rusiyadan çox asılıdır. Bizdə ən etibarlı qaz təchizatı və ən yaxşı şərtlər var”, – deyə nazir əlavə edib

Share: