Serbiya və Kosovo razılığa gələ bilmədi 

Bu gün Brüsseldə Serbiya prezidenti Aleksandr Vuçiç və Kosovo baş naziri Albin Kurti arasında görüş baş tutub.

Milletinsesi.az xəbər verir ki, Avropa İttifaqının xarici siyasət məsələləri üzrə nümayəndəsi Josep Borrel görüşdən sonra açıqlama verib.

O bildirib ki, Serbiya və Kosovo liderləri Brüsseldə keçirilən görüşdə razılığa gələ bilməyiblər.

“Təəssüf ki, biz bu gün razılığa gələ bilmədik, lakin bu, son deyil, hər iki lider prosesin və müzakirənin yaxın günlərdə davam etdirilməsinə razılıq verib”, – deyə Borrel qeyd edib.

Akif İsmayılov 

Mənbə

Share: