Sevdiyi qızı başqasına ərə vermək istədilər – qızın atasının maşınını yandırdı-video

İstanbulda 19 yaşlı Okan E. adlı şəxs iki dostu ilə birlikdə sevgilisinin atasına məxsus avtomobili yandırıb.

Polisin apardığı araşdırmalar nəticəsində 3 nəfər yaşadıqları ünvanda həbs edilib. Gecə saat 03.30 radələrində yandırılan və ətrafdakı vətəndaşların köməyi ilə söndürülən avtomobil təhlükəsizlik kamerasına düşüb.

Ən maraqlı olan isə budur ki, polis idarəsində ifadə verən və tədbiri təşkil edən Okan E. ifadəsində sevgilisi Sinem E.-nin atası Əli E.-nin qızını başqa bir şəxslə evləndirmək istədiyi üçün törətdiyini etiraf etməsi olub./Milli.Az

Share: