Şeydayev yenidən “Dinamo”nun start heyətində

Millimizin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Dinamo” Rusiya kubokunda 1/16 final oyununa çıxıb.

Qol.az xəbər verir ki, Moskva təmsilçisi səfərdə aşağı liqa təmsilçisi “Luç”la qarşılaşıb. Görüş Vladivastok klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da “Dinamo” kubokla erkən vidalaşıb.

90 dəqiqə meydanda olan Şeydayev 82-ci dəqiqədə sarı vərəqə alıb.

Share: