“Shusha Cultural Night” adlı mədəniyyət gecəsi təşkil olundu

“Şuşa ili” istiqamətində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Erasmus Tələbə Şəbəkəsi – Azərbaycan” İctimai Birliyi tərəfindən “Discovering Shusha with International Students in Azerbaijan” layihəsi çərçivəsində “Shusha Cultural Night” adlı mədəniyyət gecəsi təşkil olunub.

Sözügedən tədbiri giriş sözləri ilə açan Birliyin sədri Əli Tağıyev, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin sektor müdiri Elnur Abdullayev tədbir iştirakçılarını salamlayıb və Şuşanın Azərbaycanın mədəniyyət tarixində oynadığı mühüm roldan söz açıblar. Daha sonra təşkilatın layihə meneceri Kübrə Rəsul layihənin fəaliyyətləri haqqında iştirakçıları ətraflı məlumatlandırıb.

Mədəniyyət gecəsində ali təhsil müəssisələrinin və gənclər təşkilatlarının nümayəndələri, Azərbaycanda təhsil alan əcnəbi tələbələr iştirak ediblər.

Tədbirdə “Discovering Shusha with International Students” layihəsi çərçivəsində əcnəbi tələbələr arasında keçirilmiş “Shusha – The Cultural Capital of Azerbaijan” adlı esse müsabiqəsinin qalibləri də mükafatlandırılıb. Daha sonra tədbir milli şam yeməyi və bəddi proqram ilə davam edib.

Qeyd edək ki, sözügedən layihə “Şuşa ili” istiqamətində Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə 2022-ci ildə start götürüb. “Şuşa ili”nə həsr olunmuş layihənin məqsədi, ölkəmizdə təhsil alan əcnəbi tələbələri və gənc doktorantları Şuşanın tarixi və mədəniyyəti haqqında ətraflı məlumatlandırmaq, onların Şuşada gedən bərpa-quruculuq işləri ilə yaxından tanış olmalarına şərait yaratmaq və Şuşa haqqında internetdə (sosial mediada) ingilis dilində məzmunu zənginləşdirilməkdir. Sözügedən layihə çərçivəsində ölkəmizdə təhsil alan əcnəbi tələbələr üçün Şuşanın tarixi haqqında biliklərin artırılması mövzusunda seminar, Şuşa haqqında esse (bloq) yarışması və sosial media kampaniyası da təşkil olunub.

 

Mənbə

Share: