“Sivasspor” – “Qarabağ” oyununun hakimləri dəyişdi

Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda keçiriləcək “Sivasspor” – “Qarabağ” matçının hakimləri dəyişdirilib.

Qol.az UEFA-nın saytına istinadən xəbər verir ki, oyunu İsveçrədən olan hakimlər briqadası idarə edəcək.

Referi Sandro Şörer olacaq. Ona yan xətt hakimləri qismində Stefan de Almeyda və Bekim Zoqay kömək edəcək.
vdcasino
Dördüncü hakim isə dəyişilməyib. Bu funksiyanı portuqaliyalı Yanku Yoan Vasilista yerinə yetirəcək.

Qeyd edək ki, sabah “Yeni 4 Eylül” stadionunda keçiriləcək “Sivasspor” – “Qarabağ” görüşü Bakı vaxtı ilə 21:55-də başlayacaq.

Share: