Siyəzəndə 3 nəfərin ölümü ilə nəticələnən avtoqəza olub

Bakı-Quba yolunun Siyəzən rayonunun Yenikənd kəndi ərazisindən keçən hissəsində baş vermiş yol qəzasında 3 nəfər ölüb.

Gecə saat 02:00 radələrində baş verən qəzada 38 yaşlı Elxan Şövkət oğlu Əhmədovun idarə etdiyi “Renault” markalı avtomobillə “KamAZ” markalı yük avtomobili toqquşub.

Nəticədə sürücü – Siyəzənin Böyük Həmyə kənd sakini Elxan Əhmədov, onun sərnişinləri – Siyəzən sakinləri, 26 yaşlı Şamo Zəbiulla oğlu Əliyev, 29 yaşlı Turan Mahir oğlu Əsgərov hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırmalar davam etdirilir. (APA)

Share: