Milli Məclisin bu gün keçirilən plenar iclasında “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Layihəni Milli Məclis sədrinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli təqdim edib.
Qanun layihəsi 6 fəsil, 30 maddədən ibarətdir.
Daha sonra yeni qanun layihəsi ilə bağlı deputatlar təklif və fikirlərini səsləndiriblər.
Müzakirələrdən sonra yeni qanun layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul olunub.
11:51
Parlamentdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Moderator.az xəbər verir ki, layihəni Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli təqdim edib.
Komitə sədri layihənin hazırlanmasında dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənildiyini, ölkənin siyasi sisteminin və milli xüsusiyyətlərinin, bununla yanaşı, Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi haqqında tövsiyələrinin nəzərə alındığını bildirib.
Dövlət quruculuğu və hüquq siyasəti komitəsinin sədri Əli Hüseynli deyib ki, qanunun ikinci oxunuşu zamanı 16 deputat çıxış edib, onlar müəyyən suallar və təkliflər irəli sürüb:
“Bu deputatlarla fərdi şəkildə, eləcə də onlayn formada müzakirələr aparılıb”.
Qeyd edək ki, qanunda müvafiq icra orqanı anlayışı qurultaylararası dövrdə idarə orqanı kimi verilir. Eyni zamanda Reyster və ianələr mövzusunda identifikasiya nömrəsi ilə bağlı tələb qanundan çıxarılıb.
İnsan hüquqları komitəsinin sədri Zahid Oruc isə deyib ki, sədri olduğu komitə qanuna müsbət rəy verib və onun qəbul edilməsini dəstəkləyir.
Deputat Sabir Rüstəmxanlı bildirib ki, qanun demokratiya baxımından münasibdir: “Bu qanun siyasi mühitin inkişafına, siyasi partiyaların oturuşmasına yardım edəcək”.
Hazırda müzakirələr davam edir.