Bank əməkdaşı futbol oynayarkən öldü

 

Azərbaycanda bank işçisi futbol oynayarkən qəfildən vəfat edib.

Millətin Səsi.az xəbər verir ki, hadisə ötən axşam Gəncədə yerləşən özəl futbol meydançalarından birində baş verib.

“Access Bank”ın Gəncə filialının işçisi, 39 yaşlı Elçin Əhmədov futbol oynadığı zaman qəfil halı pisləşib və meydançada dünyasını dəyişib.

Onun ürəktutmasından öldüyü bildirilir.

Mənbə

Share: