“Siz bütün tarixi torpaqlarımızda Böyük, Bütöv Azərbaycana gedən yolun təməlini qoydunuz”

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ, 

ZATİ-ALİLƏRİ, CƏNAB İLHAM ƏLİYEV

 

Zati – Aliləri, Cənab prezident!

 

Sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni il münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə Ulu Tanrıdan möhkəm can sağlığı, ailə xoşbəxtliyi, çətin və şərəfli fəaliyyətinizdə böyük uğurlar diləyirəm. 

 

Azərbaycanımızı bütün varlığı ilə sevən vətənpərvər, qətiyyətli və polad iradəli, yüksək intelektə və unikal idarəetmə bacarığına malik müdrik dövlət başçısı, siyasi xadim və tarixi şəxsiyyət kimi Siz hər bir azərbaycanlıya örnəksiniz, onun qürur mənbəyisiniz, sevimli və alternativsiz lidersiniz.

Sizin Ulu Öndərimiz Heydər Əliyevin fundamental siyasi xəttinə söykənən  və milli maraqlarımıza xidmət edən siyasətiniz qısa zaman kəsiyində müstəqil Azərbaycan dövlətinə Beynəlxalq aləmdə böyük nüfuz qazandırmış, onun dünyada yüksək mövqe tutmasını təmin etmiş və ölkəmizi regionun lider dövləti səviyyəsinə qaldırmışdır. 

 

Möhtərəm, cənab Prezident!

 

Siz, 2020-ci ili Azərbaycanın dövlətçilik və hərb tarixinə qızıl hərflərlə həkk etdirdiniz. 200 il himayədarlarının hərtərəfli köməyilə üzərimizə gələn, tarixi torpaqlarımızı işğal edib, saxta dövlət yaradan, 30 il əzəli torpaqlarımız olan Qarabağı və Şərqi Zəngəzuru işğal altında saxlayan erməni faşizmi üzərində Dəmir yumruğunuzla möhtəşəm qələbə qazandınız, qurduğunuz müzəffər ordu ilə, formalaşdırdığınız vətənpərvər cəmiyyətlə, sevgi, inam, etibar qazandığınız xalqımızla. Siz zədələnən qürurumuzu və milli mənliyimizi millətə qaytaran fenomenal dövlət xadimi kimi hər birimizin qürur mənbəyisiniz və haqlı olaraq xalqımızın qan yaddaşında Xilaskar, Müzəffər Ali Baş Komandan olaraq əbədiləşdiniz, bütün tarixi torpaqlarımızda Böyük, Bütöv Azərbaycana gedən yolun təməlini qoydunuz. 

 

Ziyarət etdiyiniz Xudafərin körpüsü önündə ən yaxın və sədaqətli silahdaşınız və həyat yoldaşınız Mehriban xanımla Araz çayının suyuna toxunmaqla gələcək müqəddəs yolumuza ürəyinizdə və düşüncələrinizdə verdiyiniz xeyir-dua düşərli olsun və onu da Zəfərlə başa çatdırmağı Uca Yaradanımız taleyinizə qismət etsin. 

 

50 milyondan çox Dünya Azərbaycanlıların şəriksiz lideri kimi, Güney Azərbaycanda yaşayan 40 milyonluq soydaşlarımızın hüquq və azadlıqlarının müdafiə edilməsilə bağlı ədalətli mövqeyiniz millətimizdə böyük ruh yüksəkliyi yaratdı və Güney Azərbaycanın istiqlal mübarizəsinə dönməz xarakter verdi. 

 

24 dekabr doğum gününüzdə Qərbi Azərbaycan icmasında keçirdiyiniz tarixi görüşdə Böyük Qayıdışın zərurətilə bağlı son dərəcə arqumentli və cəsarətli çıxışınız xalqımız tərəfindən coşqu ilə qarşılandı. Tam əminəm ki, minilliklər boyu Azərbaycan türkünün yaşadığı əzəli torpaqlarımıza qayıdışı və onların əbədi olaraq orada məskunlaşması  haqqının bərpası şəxsiyyətinizə nadir üstünlüklər əlavə edəcəkdir.

 

Yola saldığımız 2022-ci ildə erməni faşizmi üzərində qazandığınız qələbənin məntiqinə və təməlinə söykənərək işğaldan azad olunmuş torpaqlarımızda qısa zaman kəsiyində böyük infrastrukturun yaradılmasında aparılan quruculuq və bərpa işlərində təssəvvür olunmaz uğurlara imza qoydunuz. Bütün əməlinizlə, atdığınız möhtəşəm addımlarla, diplomatik məharətinizlə Dünyanı dəyişən lider səviyyəsinə yüksələ bildiniz.

 

Möhtərəm, cənab prezident!

 

Sizi bir daha əlamətdar günlər münasibətilə təbrik edir, Sizə və dəyərli ailənizə möhkəm can sağlığı, xoşbəxtlik və Azərbaycan dövlətinin çiçəklənməsi, tarixi torpaqlarımızı bütövləşdirmək yolunda atdığınız möhtəşəm addımlarda yeni-yeni zirvələr arzulayıram.

Tanrı Sizi qorusun!

 

 

Dərin hörmət və ehtiramla,

Fəzail Ağamalı

Ana Vətən Partiyasının sədri,

Milli Məclisin deputatı

Mənbə

Share: