SOCAR-da kütləvi ixtisarlar başlayır – zavodlar bağlanır, işçilər narahat, rəhbərlik qərarlı – FAKT

Yaxın günlərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) struktur dəyişiklikləri və ya təkmilləşdirmə adı altında kütləvi ixtisarların aparılacağı gözlənilir.

XəzərNews.az xəbər verir ki, artıq bu barədə SOCAR prezidenti Rövnəq Abdullayev 18 noyabr, 2021-ci il tarixdə müvafiq sənəd də imzalayıb (sənəd yazıya əlavə olunub).

Sənəddə göstərilir ki, SOCAR-ın Sərmayələr İdarəsi, Ekologiya İdarəsi, Qaz Emalı Zavodu ləğv edilir, onların funksiyaları digər müəssisələrə ötürülür və yaxud da bazalarında yeni qrumlar – təşkilatlar yaradılır.

Eyni zamanda SOKAR-ın Bakı Olimpia Stadionunun əmlak kompleksi Sosial İnkişaf İdarəsinə ötürülməklə hüquqi şəxs statuslu müəssisə kimi fəaliyyəti dayandırılır.

Bütün bunlarla yanaşı, SOCAR prezidenti bağlanan və yaxud da birləşdiriləcək müəssisələrin işçilərinin yeni yaradılmış təşkilatlarda qüvvədə olan qanunvericiliyə uyğun olaraq əmək münasibətlərinin davam etdirilməsi üçün tədbirlərin görülməsi barədə tapşırıq verib.

İşçilərin narahat olduğu məqam da elə məhz sənədin onlarla bağlı olan bu hissəsidir. Onlar düşünür ki, zavod və müəssisələrin bağlanması ilə işlərini itirəcəklər. Daha doğrusu yeni yaradılacaq təşkilıatlara köhnə işçilərin götürülməsi tapşırıq və digər “azərbaycansayı” metodlarla həyata keçiriləcək. Belə olan təqdirdə də adamı olmayan və yaxud da digər medotlarla iş yerini qoruyub saxlaya bilməyən şirkət əməkdaşları “strukturlaşdırma və ya təkmilləşdirməni qurbanı olacaqlar”.

Sənəddə həmçinin qeyd edilir ki, “Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında” Prezident İlham Əliyevin 2021-ci 23 yanvar tarixli 1258 nömrəli Fərmanının icrası ilə əlaqədar ARDNŞ-in strukturunun təkmilləşdirilməsi haqqında” AR Prezidentinin 24 yanvar, 2021-ci il tarixli 844 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə AR Prezidentinin 11 avqust, 2021-ci il tarixli 1421 nömrəli Fərmanı ilə Şirkətin İdarə Heyətinin tərkibi dəqiləşidrilmişdir.

Share: