Soledarın qərb hissəsində Ukrayna bayrağı görünür…-FOTO+VİDEO 

 “Ona görə də şəhərin tutulması ilə bağlı Rusiyanın bütün bəyanatları həqiqətə uyğun deyil…”

 

“Orada vəziyyət hər saniyə dəyişir və nəyisə proqnozlaşdırmaq çətindir…”

 

Soledar Donetsk vilayətində döyüşlərin episentri olaraq qalır.

 

Moderator.az xəbər verir ki, “TSN”-nin məlumatına görə, işğalçılar şəhərə hücum edərək, Ukrayna silahlı qüvvələrini onun ətrafından sıxışdırmaqla Baxmuta soxulmağa çalışırlar.

 

“Donbassda vəziyyət çox gərgindir, əsas döyüşlər Soledar bölgəsində cəmləşib, ruslar bu kiçik şəhər vasitəsilə Baxmuta keçməyə çalışırlar. İnternetdə Ukrayna bayrağının Soledarın qərb hissəsində dalğalandığını əks etdirən video yayılıb, ona görə də şəhərin tutulması ilə bağlı Rusiyanın bütün bəyanatları həqiqətə uyğun deyil…

 

Ancaq Ukrayna hərbçiləri deyirlər ki, düşmənlər tarakan kimi ordan-burdan soxulurlar. Videoda Rusiya hərbçilərinin Soledarda necə möhkəmlənməyə çalışdığı da əks olunub. Cəbhənin bu sektorunda ruslar bütün səfərbərlik resursundan istifadə edirlər, lakin bu, hələlik yeganə üstünlükdür, çünki bizim artilleriyamız onları yüzlərlə itki verməklə məhv edir…

 

Əsas döyüşlər indi Soledardan Baxmuta aparan magistral yolun ərazisinə keçib. Strateji olan yol məhz odur və qoşunlarımız üçün rabitə və təchizatı kəsmək üçün  işğalçılar ona nəzarəti ələ keçirməyə çalışırlar. Orada vəziyyət hər saniyə dəyişir və nəyisə proqnozlaşdırmaq çətindir”
– xəbərdə belə deyilir.

 

Sultan Laçın 

 

Mənbə

Share: