Son zəlzələ qurbanlarının sayı 4 mini ötdü…

Türkiyədə zəlzələ qurbanlarının sayı 2921 nəfərə çatıb.

 

Suriyadan olan qurbanlarla birlikdə yeraltı elementlərin hərəkəti nəticəsində ölənlərin sayı 4214 nəfərə çatıb.

 

Moderator.az xəbər verir ki, bu barədə “Anadolu” yazır.

 

Türkiyənin vitse-prezidenti Fuat Oktay dağıntılar altından 7840 nəfərin sağ-salamat tapıldığını bildirib. 338 min nəfər yataqxana, universitet, sığınacaqlarda və s. yerləşdirilib.

 

Prezident Rəcəb Tayyib Ərdoğan təbii fəlakət qurbanları üçün Türkiyədə 7 günlük milli matəm elan edib.

 

Xatırladılır ki, Türkiyənin cənub-şərqində gün ərzində maqnitudası yeddidən çox olan iki zəlzələ baş verib (yerli vaxtla 04.17-də – 7,7 bal və 13,24-də – 7,6 bal).

 

 Suriyadakı zəlzələ qurbanlarının  sayı 1293 nəfərə çatıb.

 

Bu barədə “Əl-Cəzirə” məlumat yayıb.

 

Yaralıların sayı 3411-ə çatıb.

 

Allah Türkiyə və Suriyadakı  bütün zəlzələ qurbanlarına rəhmət eləsin!..

 

Sultan Laçın

 

Mənbə

Share: