“Sovetdən qalma “stavka” sistemindən çıxa bilmirik…”

“Müəllim öz sinifində olan uşağa repetitorluq etməməlidir”.

 

Moderator.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin 29 fevral 2024-cü il tarixli brifinqində nazir Emin Əmrullayev jurnalistlərin suallarını cavablandırarkən deyib.

 

“Uzun müddət məktəb müəllimlərinin əməkhaqqı yüksək olmayıb. Bu ərəfədə kimisi repetitorluq edib, kimisi evdə hazırlıq keçib. Ancaq indi biz sertifikasiya vasitəsilə müəllimlərin maaşını artırmağa çalışırıq. Bizim nəzərimizdə repetitorluq fəaliyyəti yanlışdır. Dərsdənkənar məşğələlərin doğru-dürüst qaydaları olmalıdır. Biz hələ də Sovetdən qalma “Stavka” sistemindən çıxa bilmirik. Bütün dünyada tətbiq olunan adambaşına maliyyə sisteminə keçməliyik”.

Mənbə

Share: