Rusiya müdafiə naziri Sergey Şoyqu İstanbula gedib.
Millətin Səsi.az xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.
“Moskva vaxtı ilə saat 16:30-da (Bakı vaxtı ilə 17:30) Qara dəniz limanlarından Ukrayna taxılının ixracına dair Rusiya, Ukrayna, Türkiyə və BMT arasında sazişin imzalanması planlaşdırılır”, – məlumatda bildirilib.
Görüşdə Ukrayna tərəfini infrastruktur naziri Aleksandr Kubrakov təmsil edəcək. İstanbulun Dolmabaxça sarayında baş tutacaq görüşdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT Baş katibi Antonio Quterreş də iştirak edəcək