Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu “Vaqner” Xüsusi Hərbi Şirkətinin silahlı qiyam cəhdinə ilk dəfə münasibət bildirib.
Milletinsesi.az xəbər verir ki, o, bu barədə Rusiya Silahlı Qüvvələrinin rəhbər heyəti ilə keçirdiyi toplantıda danışıb.
S.Şoyqu qeyd edib ki, qiyama cəhd uğursuz oldu: “Bunun əsas səbəbi Rusiya Silahlı Qüvvələrinin hərbi anda sadiqliyi idi”.
Müdafiə naziri buna görə şəxsi heyətə təşəkkür edib.
Xatırladaq ki, “Vaqner” iyunun 24-də silahlı qiyama cəhd göstərib.