Şoyqunun Donbas şousu: Ukraynaya getməyibmiş…

[ad_1]

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiya Silahlı Qüvvələrinin Luqansk və Donetsk vilayətlərindəki komanda məntəqələrinə baş çəkməyib.

Millətin Səsi.az xəbər verir ki, bu barədə jurnalist Roman Sımbalyuk deyib.

“Donbas əvəzinə Şoyqu Belqoroda gedib. Rusiya komandanlığı Ukraynanın Şoyqunu məhv edəcəyindən qorxur. Sergey Şoyqunun Luqansk və Donetsk vilayətlərinə səfərdən imtina etməsinə səbəb də budur. Onlar Ukrayna ordusundan qorxur”, – o bildirib.

Qeyd edək ki, bundan öncə Şoyqunun Ukraynadakı müharibədə iştirak edən qoşunlara baxış keçirdiyi haqda rəsmi məlumat yayılmışdı. Rusiya MN Şoyqunun hara getdiyini açıqlamasa da, Rusiya mediası onun Donbasda müşavirə keçirdiyini bildirmişdi.

[ad_2]

Share: