“Sputnik-Azərbaycan” deşifrə olunmalıdır

Bu gün “Sputnik-Azərbaycan”ın rusdili versiyasının redaktorları – Zülfiyə Qurbanova, Cəmilə Əfəndiyeva, Yelena Starostina və Gülzar Mustafayeva istefa verib.

 

Buna səbəb isə “Sputnik-Azərbaycan” informasiya agentliyinin “Qisas” əməliyyatı zamanı Azərbaycanın atəşkəsi pozduğunu iddia edən Rusiya Müdafiə Nazirliyinin məlumatını tirajlamaqdan imtina etmələri olub.

 

Məsələ ilə bağlı Modern.az-a danış media eksperti Ələsəgər Məmmədli deyib ki, “Sputnik- Azərbaycan” təbliğat orqanı kimi çıxış edir:

 

 

“İstefa verən redaktorların davranışı media və jurnalistika etikası baxımından doğru yanaşmadır. “Sputnik-Azərbaycan” və onun kimi ölkədə konkret olaraq təbliğat üçün mövcud olan, dezinformasiyanı yaymağa xidmət edən qurumların fəaliyyəti deşifrə olmalıdır. Cəmiyyət bilməlidir ki, həmin qurumlara çox etibar etmək olmaz. Azərbaycan qanunvericiliyinə görə ölkənin mənafeyinə ziyan verən və verməyən resurslarla bağlı qanun imzalanıb. Təəssüf ki, bizdə mahiyyətə baxılmır. “Sputnik-Azərbaycan”ın fəaliyyətinin mövcud olması birbaşa sual yaradır”.

 

Ekspert vurğulayıb ki, “Sputnik-Azərbaycan”ın fəaliyyətini dayandırması siyasi məsələdir:

 

“Rusiya mediasının Azərbaycanda məhdudlaşma məsələsi daha çox qarşılıqlı fəaliyyət yarandığı zaman problem ola bilər.  Orada “AZƏRTAC”ın fəaliyyəti qadağan edilərsə, “Sputnik-Azərbaycan”ın fəaliyyəti də o zaman qadağan edilər. Mahiyyət etibarı ilə Azərbaycan tərəfi dezinformasiyanın yayılması ilə bağlı zəruri xətt çəkməlidir. Redaktorların davranışı göstərir ki, bu çox önəmlidir və onlar peşəkar jurnalistikaya uyğun addım atdılar”.   

Mənbə

Share: