Stabil və perspektivli enerji əməkdaşlığı“ adlı tədbir keçirilib – FOTO

 

Almaniyanın “Business & Diplomacy“ jurnalının təşkilatçılığı ilə fevralın 14-də Berlində “Azərbaycan və Almaniya: Stabil və perspektivli enerji əməkdaşlığı“ adlı tədbir keçirilib.

Bu barədə Azərbaycanın Almaniyadakı səfirliyindən bildirilib.

Qeyd edilib ki, tədbirdə Almaniyanın dövlət qurumlarının təmsilçiləri, xarici diplomatlar, KİV nümayəndələri, elm və mədəniyyət xadimləri iştirak ediblər.

Tədbirin əvvəlində Azərbaycana dair qısa video-çarx nümayiş etdirilib.

Sonra Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev tədbirin aparıcıları, “Business & Diplomacy“ jurnalının əməkdaşları – Frank Şüttiq və Rayner Şubertin sualları əsasında Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadi-sosial inkişafı, qonşuları ilə münasibətləri, Azərbaycandakı alman irsi, Azərbaycan-Almaniya münasibətləri və s. barədə tədbir iştirakçılarına məlumat verib. N.Ağayev Azərbaycanın müsəlman dünyasında ilk dünyəvi və demokratik dövlət quran, qadınlara seçmək və seçilmək haqqı tanıyan, zəngin mədəniyyətə və multikultural dəyərlərə malik olan ölkə olduğunu bildirib. Səfir Azərbaycanın enerji sahəsində Avropa ilə fəal əməkdaşlıq etdiyini və Aİ-nın etibarlı tərəfdaşı olduğunu qeyd edib.

Ölkəmizin təşəbbüsü və liderliyi ilə həyata keçirilən transregional layihələr – Cənub Qaz Dəhlizi, TAP, TANAP və s.- dən bəhs edən N.Ağayev bu qarşılıqlı faydalı əməkdaşlığın Aİ, o cümlədən Almaniya ilə münasibətlərin daha da dərinləşməsinə öz töhfəsini verəcəyinə əmin olduğunu vurğulayıb.

Daha sonra N.Ağayev Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, işğaldan azad edilmiş ərazilərin Ermənistan tərəfindən yer üzündən silinməsi, Azərbaycanın mədəni və dini abidələrinə qarşı aparılmış mədəni soyqırımı, Laçın-Xankəndi yolu ətrafında ölkəmizə qarşı aparılan qərəzli kampaniya və s. barədə məlumat verib.

Tədbir zamanı iştirakçılara Azərbaycanın işğaldan azad olunmuş ərazilərində dağıntıların miqyasını əks etdirən məlumatlar, turizm kitabçaları, habelə digər materiallar paylanıb.

Berlində “Azərbaycan və Almaniya: Stabil və perspektivli enerji əməkdaşlığı“ adlı tədbir keçirilib - FOTO Berlində “Azərbaycan və Almaniya: Stabil və perspektivli enerji əməkdaşlığı“ adlı tədbir keçirilib - FOTO Berlində “Azərbaycan və Almaniya: Stabil və perspektivli enerji əməkdaşlığı“ adlı tədbir keçirilib - FOTO Berlində “Azərbaycan və Almaniya: Stabil və perspektivli enerji əməkdaşlığı“ adlı tədbir keçirilib - FOTO Berlində “Azərbaycan və Almaniya: Stabil və perspektivli enerji əməkdaşlığı“ adlı tədbir keçirilib - FOTO Berlində “Azərbaycan və Almaniya: Stabil və perspektivli enerji əməkdaşlığı“ adlı tədbir keçirilib - FOTO Berlində “Azərbaycan və Almaniya: Stabil və perspektivli enerji əməkdaşlığı“ adlı tədbir keçirilib - FOTO Berlində “Azərbaycan və Almaniya: Stabil və perspektivli enerji əməkdaşlığı“ adlı tədbir keçirilib - FOTO Berlində “Azərbaycan və Almaniya: Stabil və perspektivli enerji əməkdaşlığı“ adlı tədbir keçirilib - FOTO Berlində “Azərbaycan və Almaniya: Stabil və perspektivli enerji əməkdaşlığı“ adlı tədbir keçirilib - FOTO Berlində “Azərbaycan və Almaniya: Stabil və perspektivli enerji əməkdaşlığı“ adlı tədbir keçirilib - FOTO Berlində “Azərbaycan və Almaniya: Stabil və perspektivli enerji əməkdaşlığı“ adlı tədbir keçirilib - FOTO Berlində “Azərbaycan və Almaniya: Stabil və perspektivli enerji əməkdaşlığı“ adlı tədbir keçirilib - FOTO Berlində “Azərbaycan və Almaniya: Stabil və perspektivli enerji əməkdaşlığı“ adlı tədbir keçirilib - FOTO Berlində “Azərbaycan və Almaniya: Stabil və perspektivli enerji əməkdaşlığı“ adlı tədbir keçirilib - FOTO

Mənbə

Share: