Stoltenberq “Ukrayna xalqına xidmətlərinə görə” mükafatını aldı

NATO-nun Baş katibi Yens Stoltenberq “Ukrayna xalqı qarşısında xidmətlərinə, Ukraynanın demokratik və hüquqi dövlət kimi təbliğinə və möhkəmləndirilməsinə görə” fəxri mükafat alıb.

Bu barədə Şimali Atlantika Alyansının nümayəndəsi məlumat verib.

Stoltenberq Ali Rada tərəfindən mükafatın təqdimat mərasimində Kiyevi dəstəkləməyə davam edəcəyini bildirib.

Qeyd edək ki, mükafatın təqdimatı NATO-nun mənzil-qərargahında baş tutub.(qafqazinfo)

Mənbə

Share: