Süleyman Soyludan Azərbaycana TƏŞƏKKÜR

Süleyman Soyludan Azərbaycana TƏŞƏKKÜR

Türkiyənin daxili işlər naziri Süleyman Soylu Azərbaycana təşəkkür edib.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, Türkiyədə baş vermiş hər bir təbii fəlakətdən sonra qardaş Azərbaycanın yardım etdiyini bildirib.

 

Nazir qeyd edib ki, bütün fəlakətlər, o cümlədən meşə yanğınlarında qardaş Azərbaycanın dəstəyi Türkiyə xalqı tərəfindən böyük rəğbətlə qarşılanır:

 

“İlk gələn ölkə Azərbaycan oldu. Hal-hazırda çox əhəmiyyətli bir yerdə axtarış-xilasetmə işlərini davam etdirir və eyni zamanda xidmətləri ilə millətimizin qəlbinə böyük bir istilik verir. Çox sağ olun”.

Mənbə

Share: