Keyta Bundesliqaya qayıdır

“Liverpul”un futbolçusu Nabi Keytanın klubdakı taleyi bəlli olub.

27 yaşlı yarımmüdafiəçi mövsümün sonunda İngiltərə təmsilçisini tərk edəcək.

Onun müqaviləsi başa çatdığından Premyer Liqa klubundan azad agent kimi ayrılacaq. Qvineyalının anlaşması uzadılmayacaq.

Bir neçə ölkədən təklif alan Keyta hələlik yekun qərarını veməsə də, Bundesliqada oynamaq arzusundadır. Əvvəllər də Almaniyada çıxış edən yarımmüdafiəçi özünə tanış olan ölkəyə qayıtmağı planlaşdırır.

Qeyd edək ki, Nabi 2018-ci ildə “Leypsiq”dən 60 milyon avroya transfer olunub. O, cari mövsümdə 10 matç keçirib.

Mənbə

Share: