Zəlzələdə həlak olanların sayı 3703 nəfərə çatdı – YENİLƏNİB

Türkiyədə baş vermiş zəlzələdə həlak olanların sayı 3703 nəfərə çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

 

Bildirilib ki, zəlzələ nəticəsində 22 286 nəfər yaralanıb.

 

***

15:50

 

Türkiyədə baş vermiş zəlzələdə ölənlərin və yaralananların sayı artıb.

 

Modern.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan danışıb

 

Bildirilib ki, zəlzələ nəticəsində 3549 nəfər həyatını itirib, 22 168 nəfər isə yaralanıb.

 

***

13:48

 

Türkiyədə baş vermiş zəlzələdə ölənlərin və yaralananların sayı artıb.

 

Modern.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

 

Bildirilib ki, zəlzələ nəticəsində 3432 nəfər həyatını itirib, 21 103 nəfər isə yaralanıb.

 

***

12:40

 

Türkiyədə baş vermiş zəlzələdə itkilər və yaralı sayı artıb.

 

Modern.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə ölkənin vitse-prezidenti Fuat Oktay açıqlama verib.

 

Bildirilib ki, zəlzələ nəticəsində 3419 nəfər həyatını itirib, 20 534 nəfər isə yaralanıb. Vitse-prezidentin sözlərinə görə, dağıntıların altından 8 mindən çox insan çıxarılıb.

 

***

10:40

 

Türkiyədə baş vermiş zəlzələdə itkilər və yaralı sayı artıb.

 

Modern.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

 

Bildirilib ki, zəlzələ nəticəsində 3381 nəfər həyatını itirib, 20 426 nəfər isə yaralanıb. Həmçinin 5775 bina dağılıb.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb.

Mənbə

Share: