Sülh müqaviləsi bağlana bilər – Qriqoryan tarix açıqladı 

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi bağlamaq imkanının olduğunu bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə o, Ermənistan İctimai Televiziyaasının efirində danışıb.

 

 “Danışıqlar çox intensiv gedir. Əgər biz bu intensivliyi qoruyub saxlaya bilsək və beynəlxalq birlikdən güclü yardım olsa, o zaman ilin sonuna qədər sülh müqaviləsinin bağlanması ehtimalı var”, – deyə Qriqoryan vurğulayıb.

 

Onun sözlərinə görə, Ermənistan tərəfi mümkün qədər tez sülh sazişi bağlamaqda qərarlıdır.

Mənbə

Share: