Sülhməramlı Qarabağda ağır qəza törətdi

Xankəndi-Xocalı avtomobil yolunda ağır qəza baş verib.

Milletinsesi.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Bildirilib ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb. Belə ki, 1992-ci il təvəllüdlü Rusiya sülhməramlısının idarə etdiyi “HAVAL H9” markalı avtomobil Xocalı rayonunda qanunsuz məskunlaşan 1996-cı il təvəllüdlü eməni sürücünün idarə etdiyi “VAZ-2107” markalı maşında toqquşub.

Qəza nəticəsində “VAZ-2107”nin sürücüsü xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. Məlumata əsasən, avtomobildə olan 4 qadın sərnişin isə yerindəcə ölüb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Mənbə

Share: