Sülhməramlıların daha iki maşını aksiya ərazisindən keçdi 

Laçın-Xankəndi yolunda təşkil olunan aksiyanın 41-ci günündə də Rusiya sülhməramlılarına məxsus avtomobillər aksiya ərazisindən maneəsiz keçirlər.

 

Modern.az xəbər verir ki, bu dəqiqələrdə sülhməramlılara məxsus iki yük avtomobilinin Xankəndidən Laçın istiqamətinə sərbəst hərəkəti təmin edilib.

 

Bu, bir daha onu göstərir ki, ərazidə hərəkət sərbəstdir.

 

Qeyd edək ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Mənbə

Share: