Sumqayıt şəhərində güclü külək nəticəsində ağac peşə liseyinin üzərinə aşıb.
Milletinsesi.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin İnşaatçılar qəsəbəsi, Kamran Hüseynov küçəsində qeydə alınıb.
Hadisə nəticəsində yaxınlıqdakı daha bir tikiliyə ziyan dəysə də, xəsarət alan olmayıb.


