Dünən axşam Yer kürəsinin müxtəlif hissələrində super ay hadisəsi müşahidə olunub.
Milletinsesi.az xəbər verir ki, müşahidəçilər yerin peykinin adi vaxtdan 14% böyük və 30% daha parlaq göründüyünü bildirib.
Məlumata görə, super ay hadisəsi bu gün, avqustun 1-də də müşahidə oluna bilər. Növbəti super ay isə avqustun 30-da olacaq.
Yer ətrafında elliptik xətt boyu dövrə vurduğundan Ay ilə Yer arasında məsafə daim dəyişir. Ay Yerin ətrafında bir dövrəni bir ay müddətinə tamamlayır və bu zaman Aydan Yerədək məsafə 356400-406700 kilometr civarında dəyişir. Super ay hadisəsi Ayın Yerə ən minimal məsafəyə yaxınlaşması zamanı müşahidə edilir.