Super ay hadisəsindən möhtəşəm GÖRÜNTÜLƏR

 

Dünən axşam Yer kürəsinin müxtəlif hissələrində super ay hadisəsi müşahidə olunub.

Milletinsesi.az xəbər verir ki, müşahidəçilər yerin peykinin adi vaxtdan 14% böyük və 30% daha parlaq göründüyünü bildirib.

Məlumata görə, super ay hadisəsi bu gün, avqustun 1-də də müşahidə oluna bilər. Növbəti super ay isə avqustun 30-da olacaq.

Yer ətrafında elliptik xətt boyu dövrə vurduğundan Ay ilə Yer arasında məsafə daim dəyişir. Ay Yerin ətrafında bir dövrəni bir ay müddətinə tamamlayır və bu zaman Aydan Yerədək məsafə 356400-406700 kilometr civarında dəyişir. Super ay hadisəsi Ayın Yerə ən minimal məsafəyə yaxınlaşması zamanı müşahidə edilir.

1268765

1268767

1268769

1268770

1268771

1268772

1268773

1268775

1268768

Mənbə

Share: