SURAXANI İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI  SAKİNLƏRİ  QƏBUL ETDİ

“Türmənin arxası” deyilən əraziyə asfalt örtüyü salınacaq, problemlər mərhələ-mərhələ həllini tapacaq

 

Bu gün Suraxanı rayon icra  hakimiyyətində vətəndaşlarla görüş keçirilib. Görüşdə icra hakimiyyətini başçısı ƏZİZ ƏZİZOV, həmçinin rayon polis şöbəsinin rəisi, Suraxanı rayon məhkəməsinin sədri və digər rəsmi şəxslər, eləcə də Binə qəsəbəsi, “türmənin arxası” deyilən ərazinin sakinləri və Zığ qəsəbəsindən olan vətəndaşlar iştirak edib.

Tədbirdə ilk olaraq çıxış edən Suraxanı rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov sakinlərlə görüşdən məmnun olduğunu bildirərək belə əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduğunu dilə gətirdi: “Mən bu son 3 ay ərzində bir neçə dəfə sakinlərlə görüşmüşəm, onların problemlərini yerlərdə dinləmişəm. Həmin problemlərlərin həlli istiqamətində gərəkən addımların atılması üçün bütün gücümüzü səfərbər etmişik. Həmin ərazidə bu gün də bəzi boş yerlər  var ki, orada qeyri-qanuni yollarla məskunlaşmağa çalışan adamlar var. Hansı ki, biz həmin ərazidə infrastrukturun inkişaf etdirilməsi məqsədilə bəzi layihələr üzərində işləyirik. Elə bu məqsədlə də sizlərin irad və təkliflərinizi, münasibətinizi öyrənmək bizim üçün vacibdir. Hansı problemlər mövcuddur. Hansı addımlar atılmalıdır, bax bu mövzuda sizləri dinləməyə hazıram”.

Tədbirə qatılan Binə qəsəbəsi,  türmənin arxası“ deyilən ərazinin sakinləri dövlət başçısı İlham Əliyevin Bakı və Bakıətrafı kəndlərin abadlaşdırılması istiqamətində zaman-zaman imzalanan sərəncamlardan irəli gələn vəzifələrin yerlərdə lazımı səviyyədə həyata keçirilməməsindən narazılıqlarını bildirdilər. Əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi üçün gərəkən infrastrukturun olmaması bütün çılpaqlığıyla icra başçısının diqqətinə çatdırıldı.

Sakinlərin bildirdiklərinə görə, “qəsəbə başdan-başa problemin içindədir. Bu gün həmin əraziyə Binə qəsəbəsinin mərkəzindən gedən torpaq yol  başadan başa palçığın və gölməçələrin içindədir. Baxmayaraq ki, cənab Prezident  dəfələrlə vurğulayıb ki, Bakıda torpaq yol  qalmyacaq, ancaq nədənsə bizim yollar nəinki torpaq, başadan-başa palçıqdır. Qəsəbə daxilində çəkməylə gəzirik. Qzandığımızı ancaq taksilərə veririk. Marşrutumiz yoxdur. Marşrut əvəzi işləyən fərdi maşınlar problemin həlli deyil. Gecə gündüz oturub dua edirik ki, ay Allah bu fərdi maşını olan “marşrut” əvəzi işləyən sürücünün başından bir tük əskik olmasın. Əgər o adam xəstə olarsa, demək ki, türmənin arxasına da maşın işləməyəcək. Belə də yaşayış olar. Yerli bələdiyyə buraya bir marşrutun təşkil edilməsində heç bir çaba göstərmir. Marşrutumz yox, yolumuz yox, suyumuz yox, zibilimizi daşıyan yox, ayda bir-iki dəfə zibil daşıyıb bizdən 4 manat pul alırlar, telefonumuz yox, azca dincəlmək, istirahət etmək üçün kiçicik də olsa parkımız yox, uşaqların oynaması, idman etməsi üçün idman meydançaları yox, məktəb yox, tibb məntəqəsi yox, biz hansı əsrdə və harada yaşayırıq. Bu yerli məmur ordusu nə işlə məşğuldur. Cənab Prezident dəfələrlə vurğulayıb ki, xalqın bir nömrəli xidmətçisi mən özüməm, bəs bu bələdiyyələr və icra nümayəndələri nədən öz xidməti borclarını yerinə yetirmirlər. Doğrudanmı bu boyda Suraxanı rayonunun imkanı yoxdur ki, 2 kilometrlik yola asfalt döşəyib heç olmasa insanları bir zülmdən qurtara?”.

Sakinlərin iradlarını dinləyən Suraxanı rayon icra hakimiyyətinin başçısı sadalanan problemlərin dilə gətirilməsinə görə onlara öz təşəkkürünü bildirdi: “Rayon rəhbərliyinə yenicə təyin olunsam da, həm keçirdiyim görüşlər, həm də şəxsən kənd və qəsəbələri gəzib yerində hər məsləylə tanış olmağım nəticəsində artıq siz sakinlərin söylədiklərilə tanışam. Yenə deyirəm, bu kimi problemlərin aradan qaldırılması üçün cənab Prezidentimizin tapşırıq və göstərişləri əsasında bütün gücümüzü səfərbər etmişik. Biz sizlərlə yenidən həmin ərazidə görüşüb hər şeyi yerində araşdırıb problemlərin həlli üçün birgə qərar verəcəyik. Konkreet olaraq onu deyə bilərəm ki, bu ilin sonuna kimi  “türmənin arxası” deyilən ərazidəki  1, 5  kilometrlik yola asfalt örtüyünün çəkiləcəyinə söz verirəm. Eyni zamanda sadalanan digər problemlər də mərhələ-mərhələ həyata keçiriləcək”.

 

İGİD TEYMURLU

milletinsesi.az

Share: