Sürücülərin nəzərinə: bu yollarda tıxac var

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Bu barədə Millətin Səsi.az-a NİİM-dən məlumat verilib.

Hazırda bu yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:

1. Bakı-Sumqayıt şossesi (Xocəsən yolu ilə kəsişmədən Beynəlxalq Avtovağzalın qarşısına qədər) – sıxlıq

2. Binəqədi şossesi (Azadlıq prospekti metro stansiyasının yanından başlayaraq Biləcəri-Baksol yoluna qədər) – sıxlıq

3. Moskva prospekti (Beynəlxalq Avtovağzalın qarşısından 20 Yanvar dairəsinə qədər – əsas və kənar yol) – sıxlıq

4. Rövşən Cəfərov küçəsi (20 Yanvar dairəsindən başlayaraq əsas yolda, Ziya Bünyadov prospekti istiqamətində) – sıxlıq

5. Ziya Bünyadov prospekti (Müzəffər Həsənov küçəsi ilə kəsişməsindən başlayaraq, Çermet yol ötürücüsü üzərindən DİN Hospitalın qarşısına qədər olan hissəyə qədər – əsas yolda, 20 Yanvar dairəsi istiqamətində) – sıxlıq

6. Abdulvahab Salamzadə küçəsi (Qələbə dairəsindən başlayaraq, Ceyhun Səlimov küçəsi ilə kəsişməyə qədər olan hissəsində, Ziya Bünyadov prospekti istiqamətində, eyni zamanda Ceyhun Səlimov küçəsi ilə kəsişmədən, Qələbə dairəsinə qədər olan hissəsində) – sıxlıq

7. Rəşid Behbudov küçəsi (Üzeyir Hacıbəyli küçəsi ilə kəsişməsindən, Dilarə Əliyeva küçəsi ilə kəsişməsinə qədər olan hissəsində) – sıxlıq

8. Babək prospekti (Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişməyədək) – sıxlıq

9. 28 May küçəsi (Puşkin küçəsi ilə kəsişməsindən, Rəşid Behbudov küçəsi ilə kəsişməsinə qədər olan hissəsində) – sıxlıq

10. Heydər Əliyev prospekti (Koroğlu metro stansiyasının qarşısından Heydər Əliyev Mərkəzinin yanına qədər, əsas və kənar yolda) – sıxlıq

11. Abbasqulu ağa Bakıxanov küçəsi (İnşaatçılar prospekti ilə İzmir küçəsinin kəsişməsindən, Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər, Türkiyə səfirliyi istiqamətində) – sıxlıq

12. Dilarə Əliyeva küçəsi (Zorge küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməsinə qədər) – sıxlıq.

Share: