“Şuşa türk dünyasının kollektiv təhlükəsizliyinin əsası qoyulan şəhərdir”

Əminə Ağazadə: “Türk Dövlətləri Təşkilatının Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşü türk xalqlarının birliyinə töhfə verəcək”

 

“Azərbaycan TDT-yə üzv dövlətlər arasında münasibətlərin inkişafına xü­susi önəm verir, Türk dünyası birliyinin güclənməsini daim diqqətdə saxlayır. Təşkilatın məhz Naxçıvan Sazişi ilə yaradılması da bunun bariz ifadəsidir”.

 

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Əminə Ağazadə bildirib. Mİllət vəkili Şuşada Türk Dövlətləri Təşkilatının dövlət başçılarının keçiriləcək görüşünün mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb:

 

“Bildiyiniz kimi, Şuşada Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün keçirlməsi barədə qərar 2023-cü il noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında keçirilən 10-cu yubiley Zirvə görüşündə verilib. Həmin toplantıda qəbul olunmuş Bəyannamədə Şuşada təşkil olunacaq Zirvə görüşü ilə bağlı ayrıca müddəa yer alıb.

 

Şuşanın Türk dünyası üçün önəmi yalnız mədəniyyət paytaxtı olması ilə məhdudlaşmır. Burada həmçinin Azərbaycanın və Türkiyənin dövlət başçıları tarixi Şuşa Bəyannaməsini imzalayıblar. Beləliklə, Şuşa  həm də Türk dünyasının kollektiv təhlükəsizliyinin əsası qoyulan şəhərdir.

Eyni zamanda, Türk Dövlətləri Təşkilatının Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşündə müşahidəçi statusunda olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti də iştirak edəcək və bu, bizim ümumi işimizə, Türk xalqlarının birliyi işinə növbəti güclü təkan verəcəkdir.

 

Azərbaycan dövləti TDT-nin hər zaman möhkəmlənməyə zəruri ehti­yacı olduğunu qeyd edib. Bu gün TDT 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və bu coğrafiyada böyük iqtisadi potensial, enerji resursları, nəqliyyat-logistika xətləri mərkəzləşmişdir. Prezident İlham Əliyev TDT-nin hər zaman möhkəmlənməyə zəruri ehti­yacı olduğunu çıxışlarında vurğulayıb. Hazırda bu istiqamətdə Azərbaycan tərəfindən bir çox tədbirlər keçirilir, daha bütöv, daha birləşmiş formada addımlar atılır. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlıq getdikcə genişləndirilir.

Qeyd edim ki, təkcə 2023-cü ildə Azərbaycanla Türk Dövlətləri Təşkilatı arasında ticarət dövriyyəsinin həcmi 9 milyard dollar olub. Təşkilatda təmsil olunan ölkələr ara­sında həm çoxtərəfli, həm də ikitərəfli formatlarda əməkdaşlıq əlaqələri qu­rulub. Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın da qeyd etdiyi kimi, ““Biz öz gücümüzə güc qatırıq və təbii ki, Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək. ”

 

Seymur ƏLİYEV

 

Mənbə

Share: