“Təqaüd artımının akademik göstəricilər üzrə müəyyənləşdirilmisi rəqabət mühitini fəallaşdıracaq”

Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğləri artırılması təhsil ictimaiyyəti, xüsusilə də tələbələr tərəfindən səbirsizliklə gözlənilirdi. Bu artım nə az, nə çox 150 min tələbə və doktorantı əhatə edib.

 

Bu sözləri Moderator.az-a tanınmış təhsil mütəxəssisi Nadir İsrafilov deyib. Ekspertin sözlərinə görə bu Sərəncam dövlətin sosialyönümlü siyasətinin, təhsilin istənilən şəraitdə prioritet sahə olduğunun, təhsilallanların maddi rifah halının yaxşılaşdırılmasın dövlət qayğısının növbəti təzahürüdür. Bir müddət əvvəl Təhsil Tələbə Krediti Fondunun yaradılması ilə  tələbələr üçün yeni imkanlar yaradılmış, minlərlə tələbə bu kreditdən yararlanmışdı.

 

Daha çox  dövlət tərəfindən maddi və mənəvi dəstək xarakteri daşıyan bu stimullşdırıcı Sərəncam ali təhsilin hamı üçün əlçatan olmasına, adambaşına düşən ali təhsillilərin sayına görə dünyanın aparıcı ölkələri ilə rəqabətin gücləndirilməsinə və təhsilə olan marağın yüksəlməsinə və tələbələrin məsuliyyətinin artırılmasın də təsirsiz ötüşməyəcək. Sərəncamın humanist məqamlarından biri də odur ki, artım təhsil ocaqlarımızda ödənişli əsaslarla təhsil alan minlərlə tələbəyə də şamil ediləcək. 

 

Təqaüd artımının akademik göstəricilər üzrə müəyyənləşdirilmisi rəqabət mühitini bir az da fəallaşdıracaq. Hər bakalavr 100 manat, 145 manat deyil, 175 manat, hər maqistr 110 manat, 160 manat deyil, 195 manat uğrunda 100 ballıq yarışa qoşulacaq. Orta ixtisas təhsili müəssisələri və peşə təhsili müəssisləri də eynilə…

 

Sərəcamın ən müsbət məziyyətlərindən biri də təhsildə ardıcıllıq, fasiləsizlik və varislik prinsiplərinin bütövlükdə nəzərə alınmasıdır. Belə ki, doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğinin artırılması təhsilin bütün pillələriniəhatə etmiş olur.

 

Fürsətdən istifadə edib, bütün tələbələri təqaüdlərinin artırılması münasibətilə  təbrik edir, davam etməkdə olan qış imtahan sessiyasında onlara uğurlar arzulayıram.

Mənbə

Share: