Tərtərdə evdə yanğın zamanı 3 nəfər xəsarət alıb

Tərtərdə 2 otaqlı ev yanıb.

Milletinsesi.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun Evoğlu kəndində ferma ərazisində ümumi sahəsi 64 m² olan birmərtəbəli 2 otaqlı yaşayış üçün istifadə olunan tikilinin yanar konstruksiyaları yanıb. Yanğın zamanı yanıq xəsarətləri almış 3 nəfər Təcili və Təxirəsalınmaz Tibbi Yardım tərəfindən xəstəxanaya aparılıb.

Yaxınlıqdakı ferma yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Share: