“Taliban” Ramazanda musiqi səsləndirən radionu bağladı

Əfqanıstanda “Taliban” hakimiyyəti Ramazan ayında musiqi səsləndirdiyi üçün qadınların radiosunun fəaliyyətini dayandırıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi yerli rəsmilərə istinadən məlumat yayıb.

 

Dari dilində “qadın səsi” mənasını verən “Sadai Banovan” radiostansiyası Əfqanıstanda qadınların idarə etdiyi yeganə radio stansiyasıdır və 10 il əvvəl fəaliyyətə başlayıb. Radioda altısı qadın olmaqla səkkiz işçisi çalışır.

 

“Əgər bu radiostansiya Əfqanıstan İslam Əmirliyinin siyasətini qəbul etsə və bunu bir daha təkrar etməyəcəyinə zəmanət versə, biz onun yenidən fəaliyyət göstərməsinə icazə verəcəyik”, – yerli rəsmilər bildirib.

Mənbə

Share: