Tanınmış aktyorun kömək fəryadı: “Anama çata bilmirik” 

 

Məşhur aktrisa Başak Gümülcineloğlu sosial şəbəkədə anası üçün köməyə çağırıb. Hatayda baş verən zəlzələdən sonra anasına çata bilmədiklərini bildirən aktrisa sosial media hesabında paylaşım edərək kömək istəyib. 

Milletinsesi.az xəbər verir ki, Türkiyənin şərq bölgəsində ard-arda baş verən zəlzələlərin vurduğu ziyanlar yavaş-yavaş bildirilir. Çox sayda vətəndaşın həyatını itirdiyi və dağıntılar altında qaldığı zəlzələ ilə bağlı son dəqiqə məlumatı tez-tez paylaşılır.

Zəlzələdən zərər çəkən və dağıntılar altında itən digər ad isə məşhur aktrisa Başak Gümülcinelioğlunun anası olub. Antakyada yaşayan anasına çata bilmədiyini deyən məşhur aktrisa sosial media hesabından kömək istəyib.

“ANAMDAN XƏBƏR ALA BİLMİRİK”

“Hatayın Antakya Sümerler mahalında, Bələdiyyə Kooperativ Evləri A3-də bir anamız var. Heç bir xəbər ala bilmirik. Gören, duyan kim varsa, lütfən xəbər edin”, – deyə məşhur aktrisa sosial media hesabında yazıb.

Mənbə

Share: