Tanınmış hüquqşünaslar Bakıya toplaşır

Tanınmış hüquqşünaslar Bakıya toplaşır

Bakıda Qara dəniz və Xəzər Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının təşkilatçılığı ilə “Məhkəmə – hüquq islahatları: Ədalət mühakiməsinin həyata keçirilməsində informasiya texnologiyalarının rolu” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Bu barədə Milletinsesi.az-a Qara dəniz və Xəzər dənizi Regionu Ölkələrinin Hüquqşünasları Assosiasiyasının prezidenti, hüquq elmləri doktoru, professor İlham Rəhimovun ofisindən məlumat verilib.

Beynəlxalq konfransda Azərbaycanın dövlət qurumlarının təmsilçiləri, respublikamızın, eləcə də, MDB dövlətləri, Türkiyə və Avropanın nüfuzlu hüquqşünasları dəvət olunublar.

Konfrans sabah saat 10:00-da “Holiday İnn” hotelində keçiriləcək.

Share: