Tanzaniyada mədəndə baş verən daşqın nəticəsində 8 nəfər ölüb

Tanzaniyanın şimal-qərbində mədəndə baş verən daşqın nəticəsində azı səkkiz şaxtaçı həlak olub.

Bu barədə “Sinxua” agentliyi bölgə polisinin rəhbəri Geyt Safia Conqoya istinadən məlumat yayıb.

Məlumata görə, mədəni su basmasına səbəb güclü yağış olub.

Qəza səhər saatlarında İnando kəndi yaxınlığında baş verib.

Mənbə

Share: