Teatrda yanğın olub, hadisə yerinə onlarla texnika cəlb edilib

Rusiyanın paytaxtı Moskvanın Zəfər meydanında yerləşən məşhur Satira teatrında yanğın baş verib.

Teatra gələn 50-yə yaxın şəxs təxliyə edilib. Ölən və yaralananlar barədə məlumat verilmir.

Moskva Fövqəladə Hallar İdarəsinin məlumatına görə, yanğının sahəsi 250 kvadratmetrə qədər ərazini əhatə edib.

Hadisə yerinə 21 yanğınsöndürən texnika cəlb edilib.

TASS

Mənbə

Share: