Tehran-Ankara dəmir yolu işə salınır

Tehran-Ankara sərnişin qatarı yenidən işə başlayacaq.

İRNA xəbər verir ki, bunu İranın yol və şəhərsalma nazirinin müavini Səid Rəsuli bildirib.

Onun sözlərinə görə, bu dəmir yolunun yenidən işə başlaması üçün müzakirələr aparılıb və tezliklə Tehran-Təbriz-Van-Ankara istiqamətində qatarkar hərəkət edəcək.

S.Rəsulinin sözlərinə görə, İran MDB ölkələrinin dəmir yolları şurasına üzv seçilib və bu anlaşmanın imzalanması ölkənin Orta Asiya dövlətləri ilə yük daşınmalarının artmasına müsbət təsir göstərəcək.

Share: