“Çelsi” Bakıya itkilərlə gəlir

“Çelsi” Avropa Liqasının finalında Bakıda “Arsenal”la keçirəcəyi final matçı ərəfəsində heyət problemi ilə üzləşib.

Qol.az “The Guardian”a istinadən xəbər verir ki, yarımmüdafiəçi Nqolo Kante son məşqlərdən birində dizindən zədələnib. Fransa millisizinin üzvünün zədəsi ciddidir. Onun böyük ehtimalla final matçını buraxacağı bildirilib.

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək görüşdə Kallum Hadson-Odoi və Ruben Loftus-Çik də zədə sbəbindən oynamayacaq.

Share: