Teylor Svift rəsmən milyarder oldu

Amerikalı pop müğənni Teylor Svift rəsmən milyarder olub.

Bu barədə “Bloomberg” məlumat yayıb. Agentliyin məlumatına görə, 33 yaşlı sənətçinin ümumi sərvəti Eras musiqi turu sayəsində indi 1 milyard dollar həddini keçib.

Qeyd edilir ki, Sviftin turnesi də bu yay ABŞ iqtisadiyyatının güclənməsinə kömək edib, ölkənin gəlirini 4,3 milyard dollar artırıb.

Məlumdur ki, onun çıxış etdiyi şəhərlərdə ictimai nəqliyyatda sərnişin axını kəskin şəkildə artıb və otellər dolub.

Mənbə

Share: