Tibb işçiləri və vəkillərin ardınca 100 rusiyalı deputat Navalnıya dəstək məktubu imzaladı

“Biz susmamışıq…”

 

“Biz Navalnıya qarşı intizam cəzası tədbirlərinin qanunsuz tərbiqini görməzdən gələ bilmərik…”

 

“Bu gün Vətənimizin sakinləri Konstitusiyanın onlara verdiyi etiraz ermək hüququndan məhrum edilib…”

 

 

Müxtəlif səviyyəli hazırki və sabiq rusiyalı deputatlar, həmçinin, Rusiyanın bir neçə şəhərlərinin qanunverici məclisinin üzvləri  Aleksey Navalnıya dəstək müraciətini imzalayıb. 

 

Moderator.az xəbər verir ki, bu barədə “Meduza” nəşri məlumat yayıb.

 

Rusiya prezidentinə, Baş Prokurorluğa və insan haqları üzrə Rusiya Şurasına ünvanlanan açıq məktub Moskvanın Ostakino dairəsindən sabiq bələdiyyə deputatı Sergey Tsukasov özünün “Facebook” səhifəsində yerləşdirib.

 

“İttihamların şübhəliyini və zorakı xarakterli cinayətlər törətməyən adam üçün cəzanın ağırlığının əsaslı olmadığını bir kənara qoyaraq, biz Vladimir vilayəti 6 saylı islah koloniyasında cəza çəkən Aleksey Navalnıya qarşı intizam cəzası tədbirlərinin qanunsuz tətbiqini görməzdən gələ bilmərik”, – müraciətdə deyilir.

 

Məktub müəllifləri vurğulayır ki, onun “cərimə təcridxanasına fasiləsiz yerləşdirilməsinin” məqsədi “azadlıqdan məhrum edilmə yerlərində dözülməz şəraitin yaradılması, onun fiziki və psixi sağlamlığına zərər vurulması, habelə həyatına təhlükə törədilməsidir”.

 

“Bu gün Vətənimizin sakinləri Rusiya Federasiyası Konstitusiyasının 31-ci maddəsi ilə zəmanət verilən, lakin faktiki olaraq  federal qanunlarla və regional məmurların qərarları ilə məhv edilən etiraz etmək hüququndan məhrumdur. 

 

Hətta internet şəbəkəsində öz fikrini ifadə etmək təqiblər, inzibati və cinayət riskləri ilə bağlıdır. Ona görə də Sizə elə gəlir ki, hər şey qaydasındadır, heç kim etiraz etmir, hamı susur. Biz susmamışıq”, – müraciət müəllifləri yazıb və tələb edib:

 

– Aleksey Navalnının cəza təcridxanasında saxlanılmasına dərhal son qoymaq;

 

– dözülməz saxlanma şəraitinin və qanunla zəmanət verilən yaxın qohumlar ilə görüşlərə maneçilik törədilməsinə yönələn əsassız intizam cəzalarının çıxarılmasına son qoyulsun;

 

– Aleksey Navalnıya vaxtında tibbi yardım göstərilsin və mülki həkimlər onun yanına biraxılsın; 

 

– göstərişlər olduğu təqdirdə təcili olaraq onu dolğun müayinə və müalicəsi üçün mülki xəstəxanaya yerləşdirisin;

 

– Aleksey Navalnının həyat  hüququna təhlükə ilə əlaqədar hərəkətlərin qanuniliyinin açıq və aşkar nəzarət yoxlanışı aparılsın;

 

– günahkarlar qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb edilsin.

 

Bu gün üçün müraciəti  100-ə yaxın adam imzalayıb.

 

Bundan öncə, yanvarın 16-da, rusiyalı vəkillər Rusiya prezidenti Vladimir Putininə müraciət edərək, Navalnının təhqir olunmasına son qoymağı tələb edir. Onlar koloniyada saxlanma şəraitinin işgəncəyə bəzədib. Bundan öncə isə Putinə analoji müraciətlə tibb işçiləri çıxış edib.

Mənbə

Share: