Tikdirdiyi abidəyə həbs otağından baxa bildi

Tac Mahal Hindistanın ən dəyərli tikililərindən biri, türk-islam memarlığının göz bəbəyi, Hindistanın Aqra şəhərində sevgi üçün tikilmiş, aydan da parlaq, dünyanın ən böyük və ən gözəl abidəsi sayılır. Hətta “bu nə qədər dəyərlidir”- deyə soruşsanız dünyanın 7 möcüzəsindən biri olacaq qədər dəyərlidir, cavabını eşidəcəyiniz nadir əsərlərdəndir. Bəs Tac Mahalı bu qədər dəyərli edən nədir? Onu bu qədər vacib edən sadəcə vizual görünüşü və sevgi hekayəsidirmi? Əslində hər ikisi də çox önəmlidir. İcazənizlə, izah edək.

Tac Mahal niyə tikildi?

Əfsanəvi hekayə və onun memarlığı haqqında əvvəlcə bunu bilək ki, “Tac Mahal” Moğol İmperiyasının altıncı hökmdarı (Hindistan-Türkiyə İmperiyasının beşinci hökmdarı Teymurilər sülaləsi) Şah Cahan tərəfindən Yamuna (Cumna) çayının sahilində inşa edilib. O dövrdə imperiyanın paytaxtı olan Hindistanın Aqra şəhərində dünyasını dəyişən sevimli həyat yoldaşı Mümtaz Mahalın şərəfinə tikdirib.

“Bəs, Mümtaz Mahal kimdir, bu qədər gözəl idimi ki, belə mühüm bir tikili ona həsr olundu? Cavabı belədir ki, Şah Cahanın 3-cü arvadı Ərcüment Banu gözəlliyi, zəkası və xeyirxahlığı ilə bütün imperiyanın qəlbini fəth etmiş, ən sayılıb-seçilən sultan idi. Bu xüsusiyyətinə görə ona Mümtaz Mahal deyirdilər. Şah Cahan hələ 16 yaşında ikən ona aşiq olub və evlənmək üçün 5 il gözləyib.

 

 

Onun hekayəsini eşidəndə sevginin nə qədər kor olduğunu anlayırsan. Şah Cahan sevdiyi həyat yoldaşını getdiyi hər yerə aparan, onun fikrinə, zövqünə önəm verən bir insan idi. Bu duyğulu, ağıllı və gözəl qadın 1631-ci ildə 14-cü övladını dünyaya gətirərkən vəfat edib. Şah Cahan isə arvadının ölümündən sonra 8 gün yemək-içməyi dayandırıb və otağından bir daha çıxmayıb. Doqquzuncu gün otağının qapısını açıb bayıra çıxanda saçlarının ağardığını və tamamilə dağıldığını görüblər. O qədər dağılmışdı ki, Tac Mahal onun üçün vəsvəsə oldu və o, ölmüş arvadını sağ saxlamaq üçün bu tikilini mükəmməl şəkildə tikdirdi.

1653-cü ildə tamamlandıqda 32 milyon rupi xərclənmişdi. Bu, indiki pulla təxminən 1 milyard dollar deməkdir. Şah Cahanın oğlu isə bu vəziyyətə görə atasını taxtdan salıb onu Qırmızı qalaya həbs etdirmişdi.

“Tac Mahal”ın özəllikləri

İstanbuldan gətirilən Türk memarı Mehmet İsa Əfəndinin tikdiyi “Tac Mahal” dünyanın ən gözəl, ən möhtəşəm və ən məşhur türbəsidir, bəli, əslində türbədir. 

Binanın memarları – Memar Sinanın tələbələrindən Mehmet İsa Əfəndi və binanın üzərindəki mətnləri yazan Xəttat Sərdar Əfəndi İstanbuldan Şah Cihan tərəfindən dəvət edilib. 1630-cu ildə inşasına başlanan dünyanın 7-ci möcüzəsi Tac Mahal 22 ildə, 1652-ci ildə tamamlanıb.

 

 

“Tac Mahal”ın tikintisində mavi damarlı parlaq, nazik, ağ mərmərlərdən istifadə edilib. Eyni mərmərdən olan və yerdən hündürlüyü 82 metr olan günbəz Memar İsmail Əfəndi tərəfindən böyük səliqə ilə hazırlanıb. Günbəzin üzərində qızılı səltənət, türbənin ağ mərmərdən dörd minarəsi var. Abidənin dörd tərəfində Yasin surəsi bütünlüklə xəttat İsmayıl Əfəndi tərəfindən yazılıb.

Mümtaz Mahal və Şah Cihan sandıqlar üst mərtəbədə, günbəzin altındadır. Sandıqların yerləşdiyi günbəzdə insan ağzından çıxan hər səsin 7 dəfə əks-səda verəcək akustikası var. İçəridəki akustika təsvirolunmazdır. Şah Cihan və həyat yoldaşının orijinal sarkofaqları ən aşağı mərtəbədədir və oraya giriş qadağandır.

Həmçinin yüz minlərlə əqiq, sədəf və firuzə ilə basdırılmış “Tac Mahal”ın divarlarında 42 zümrüd, 142 yaqut, 625 almaz və 50 çox iri mirvari var. İş o yerə çatıb ki, “Tac Mahal”ın 20 illik tikintisində 20 mindən çox işçi gecə-gündüz çalışıb.

Romantik görünüşü ilə hər kəsi valeh edən, şərqdən və qərbdən bir çox məşhur yazıçı və şairlərə ilham verən Tac Mahal hətta aylı gecələrdə də aydan daha parlaq görünür. Səhərlər isə gövdəsi sarıya çevrilir.

Hətta 1966-cı ildə Hindistan-Pakistan müharibəsində Pakistan döyüş təyyarələri üçün istiqamətləndirici parıltı olmasın deyə Hindistan hökuməti tərəfindən günbəzləri qara çadırla örtüldü. 

 

 

Tac Mahal haqqında maraqlı faktlar

Hindistanın Aqra şəhərində yerləşən Tac Mahal Moğol İmperatoru Şah Cahan tərəfindən dünyasını dəyişmiş həyat yoldaşı Mümtaz Mahala ehtiram olaraq tikilib və Hindistanın simvoluna çevrilib. Hekayəsi və memarlığı ilə insanları valeh edən Tac Mahal haqqında əfsanəvi məlumatlar var.

Beləliklə, Tac Mahal haqqında eşitdiyimiz və gördüyümüz maraqlı məlumatları sizin üçün yazdıq.

  • “Cənnət” təsvirini qurmaq üçün ciddi bir iddia ilə yola çıxan Şah Cahana “Tac Mahal”ın hazırkı görkəminə qərar verənə qədər 2000 müxtəlif maket nümayiş etdirildi.
  • Onun tikintisinə 1632-ci ildə başlanılıb. 21 il ərzində 22.000 işçi çalışıb və məlum olanın əksinə, onların heç birinin qolu kəsilməyib, gözləri çıxarılmayıb.
  • Bir çox fərqli bölgədən gətirilən daşları daşımaq üçün 1000-dən çox fildən istifadə edilib.
  • Tac Mahalın tikintisində Memar Sinanın tələbələrindən Mehmet İsmail Əfəndi rol oynayıb. İsmayıl Əfəndi əsas günbəzi dizayn etmiş, Usta İsa isə ümumi dizayna böyük təsir göstərmiş və şagirdini layihənin baş memarı təyin etmişdir.
  • Tac Mahal gün ərzində müxtəlif rənglər alır. Günəşin doğuşu ilə birlikdə ən gözəl rəngini və çəhrayı rəngini göstərən Tac Mahal qısa müddətdən sonra ağarır. Ay işığı ilə qızılı rəng alır. Əfsanələr deyirlər ki, bu unikal xüsusiyyət qadınların, xüsusən də Mümtaz Mahalın əhvalının dəyişikliyini əks etdirir.
  • Eksteryer dizaynı üzərindəki oymalar mərmərlərin iç hissəsinin oyulması, səliqəli şəkildə kəsilməsi və xırda daşların bir-bir mərmərlərin içərisinə qoyulması ilə yaradılıb. Binanın içərisində və xaricində olan bəzəklərdə Qurandan çoxlu ayələr var.

Şah Cahan Tac Mahal tikildikdən qısa müddət sonra oğlu tərəfindən devrilərək ömrünü “Tac Mahal”a açılan otağında həbsxanada keçirdi. Bu hekayənin bəlkə də ən ağrılı hissəsidir…

Dörd küncündə qübbəsi və minarələri olan Tac Mahal hansı tərəfdən baxsanız simmetrikdir. Bütöv strukturda yeganə qeyri-simmetrik quruluş məqbərələrdir. Şah Cahanın məzarı İslam adət-ənənələrinə uyğun olaraq arvadından hündürdür.

Məlumdur ki, Şah Cahan Yamuna çayının o tayında, Tac Mahalın düz o tayında tikilmiş Tac Mahalın qara mərmər hissəsində dəfn olunmaq istəyirmiş, lakin Alemgir şahın gəlişindən sonra tikintisinə başlanan həmin binanı sökdürüb.

 

“Tac Mahal”ın ziyarət qaydaları

Giriş haqqı 1000 Rupidir. Bu, təxminən 16 ABŞ dollarıdır.

Tac Mahalı ziyarət etmək səhər 09:00-dan axşam 18:00-a qədər və cümə günündən başqa hər gün açıqdır.

XƏBƏRDARLIQ: Artıq 3 saatdan çox ziyarət etməyə icazə vermirlər. Girişdə hər kəsə bir kart/coin verirlər və girdiyiniz andan 3 saat ərzində çıxmağınız gözlənilir. Daha uzun müddət qalsanız, onlar yenidən giriş haqqı tələb edirlər.

“Tac Mahal”ın yerləşdiyi Aqra şəhəri haqqında

Aqra – Hindistanın Uttar Pradeş ştatının şimalında Yamuna çayının sahilində yerləşən qədim şəhərdir. Bir vaxtlar Hindistanı idarə edən Moğol İmperiyasının keçmiş paytaxtıdır və buradan tarix iyi gəlir. Tac Mahal və Aqra qalası kimi memarlıq möcüzələri ilə qeyri-rəsmi olaraq indiki dövrün “Mədəniyyət Paytaxtı”dır.

Şəhər 1857-ci ildə Britaniya koloniyasına qarşı üsyanlarda fəal rol oynayıb. Aqra qalası əvvəlcə yerli üsyançılar tərəfindən tutuldu, lakin üsyançılar şəhəri tərk edərək Dehliyə gedəndə şəhərə göndərilən ingilis qüvvələrinə qarşı təslim olmalı oldular.

Hindistanın simvolu, transsendent memarlığı və dünyanın 7 möcüzəsindən biri olan “Tac Mahal”ın YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil olmağı bacardığı Aqrada ziyarət etmək və görmək üçün çoxlu tarixi abidələr və tikililər var. Yəni, Hindistan yalnız Aqra ilə məhdudlaşırmır. Əlbəttə ki xeyr, Hindistanda Goa, Jaipur və Mumbay kimi bir çox gözəl şəhərlər var.

Artıq bir neçə aydır ki, Yeni Dehlidən Bakıya birbaşa reys var, odur ki, Hindistanı görmək üçün əla imkan yaranıb. 

Həmişə gəzməkdə!

(aviatravel.az)

Mənbə

Share: